- Qanundan kənarda
- 2 Noyabr 2019 13:44
- 4 863
Bakıda toyda 3 nəfər bıçaqlandı
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalar nəticəsində Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
AzNews.az