Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb

Şəmkirdə 13 yaşlı yeniyetmə həmyerlisini bıçaqladı

Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb

Şəmkir rayonunda 15 yaşlı gənc bıçaqlanıb.

Hadisə noyabrın 12-də saat 20:30 radələrində rayonun İsrafil Məmmədov küçəsində baş verib.

Belə ki, Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü T.Nağıyev şəxsi münasibətlər zəminində həmyerlisi, 2006-cı il təvəllüdlü E.Yusifov tərəfindən bıçaqlanıb.

Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağrı zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

AzNews.az

image description