- Qanundan kənarda
- 14 Noyabr 2019 10:44
- 3 371
Azərbaycanda dəmiryolunda gəncin hissələrə bölünmüş meyiti tapıldı - Çılpaq olub
Araşdırmalar zamanı məlum olub ki, A.Mehdiyev başqa bir yük qatarı ilə vurulub
Xaçmazda dəmiryolunda 20 yaşlı gəncin parçalanmış meyiti tapılıb.
Hadisə rayonun Çarxı kəndi ərazisindən keçən dəmiryol xəttində baş verib.
Kənd sakini, 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunun çılpaq vəziyyətdə hissələrə bölünmüş meyiti dəmiryol xəttinin arasında aşkar edilib.
Meyitə baxış keçirilərkən məlum olub ki, A.Mehdiyevin əynində paltar olmayıb, ayaqları bədənindən ayrılıb, sağ ayaq meyitin yanında, sol ayağı isə meyitdən 32 metr kənarda aşkar edilib.
Xaçmaz-Bakı dəmiryolu istiqamətində hərəkət edən yük qatarının maşinistləri Çarxı dəmiryol stansiyası ərazisində, cüt yolda, səkkizinci piketdə bir nəfər ölmüş vəziyyətdə olan şəxsin dəmir yolu relslərinin arasında olduğunu görüb. Onlar təcili tormozlama edərək qatarı saxlayıb və bu barədə adiyyəti üzrə dispetçerə məlumat verib.
Araşdırmalar zamanı məlum olub ki, A.Mehdiyev başqa bir yük qatarı ilə vurulub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmiryolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyini pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb. İstintaqla A.Mehdiyevi vuran yük qatarı müəyyən edilib. (Oxu.Az)
AzNews.az