Kiyevdə deputata silahlı hücum edildi - 3 yaşlı oğlu öldürüldü

Faktla bağlı cinayət işi açılıb

Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı, “Objora” restoranlar şəbəkəsinin rəhbəri Vyaçeslav Sobolevin avtomobili naməlum şəxs tərəfindən atəşə tutulub.

“TASS”a istinadən xəbər verilir ki, bu barədə Kiyev polisi məlumat yayıb.

Qeyd olunub ki, silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.

İş adamına silahlı hücum Kiyev şəhərinin Leo Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Report)

AzNews.az