Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb

Bakı sakinini aldadıb evini ələ keçirən şəxs saxlanıldı

Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb

Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165 min manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.

AzNews.az