Faktla bağlı cinayət işi başlanıb Faktla bağlı cinayət işi başlanıb

Həkimin evindən 80 minlik oğurluq edən şəxs tutuldu

Faktla bağlı cinayət işi başlanıb

Lənkəranda Adil Əzimov adlı vətəndaşın evindən 80 min manat oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən 45000 ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, evindən oğurluq edilən şəxsin Lənkəran rayon Mərkəzi Xəstəxanasının həkimi olduğu bildirilir.

AzNews.az