Polis hadisəni törədən şəxsi saxlayıb Polis hadisəni törədən şəxsi saxlayıb

Bıçaqladığı dostunu xəstəxanaya apardı

Polis hadisəni törədən şəxsi saxlayıb

Türkiyədə xarici vətəndaşlar arasında dava olub.

AzNews.az xəbər verir ki, hadisə Kırşehir vilayətində qeydə alınıb.

Belə ki, iki dost arasında başlayan mübahisə əlbəyaxa davaya çevrilib. Bundan sonra dostlardan biri digərini bıçaqlayıb. Bıçaqlanan A.P. elə həmin dostu tərəfindən xəstəxanaya çatdırılıb.

Burada yaralıya ilk tibbi yardım göstərilib və Kırşehir təlim və araşdırma xəstəxanasına köçürülüb.

Polis hadisəni törədən şəxsi saxlayıb.

AzNews.az