Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

AzNews.az DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupuna istinadən xəbər verir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.

Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

AzNews.az

image description