- Qanundan kənarda
- 21 May 2020 23:57
- 2 725
Bakı sakini mənzilində halsız vəziyyətdə tapıldı
Vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzNews.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.