Hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb Hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb

Ucarda qardaşlar birləşib əmini öldürdü

Hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb

Ucar sakini balta ilə qətlə yetirilib.

AzNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri Asif və Vasif Abbasov qardaşları birləşərək əmiləri, 1969-cu il təvəllüdlü Abbasov Bayram Ata oğlunu balta ilə öldürüblər.

Hər iki qardaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.