211 məhkumun cəzası azaldılıb 211 məhkumun cəzası azaldılıb

100 məhkum cəzadan azad edilib

211 məhkumun cəzası azaldılıb

Cinayət qanunvericiliyinə edilən dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1 000-dək məhkumun işləri öyrənilib.

Bu barədə AzNews.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib.

211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib, 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.