Qubada karantin rejimini pozan şəxslər cərimələnib

DİN məlumat yayıb

Qubada karantin rejimini pozan şəxslər cərimə edilib.

DİN-in Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Müseyib Ələkbərov və orada olan 9 nəfər şəxs saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.