Cinayət işi başlanılıb Cinayət işi başlanılıb

Şəkidə ictimaiyyət arasına çıxan COVID-19 xəstəsi saxlanılıb

Cinayət işi başlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, rayonun Aşağı Göynük kənd sakini Şahvəddin Hümmətovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunub, sanitar-karantin rejimi qaydalarına riayət etməsi tapşırılıb. Qaydaları pozacağı təqdirdə məsuliyyətə cəlb olunacağı barədə məlumatlandırılıb. Buna baxmayaraq Ş.Hümmətov qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Onun hərəkətdə olduğu yer polislər tərəfindən müəyyən olunub və yaşadığı ünvana geri qaytarılıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində Ş. Hümmətov barəsində cinayət işi başlanılıb.