“Lotu Quli”nin məzarı başında atışma - Ölən və yaralanan var

Hadisə borc üstündə baş verib

Ötən il qətlə yetirilən azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun məzarı başında atışma olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Esenyurt rayonunda yerləşən qəbiristanlıqda baş verib.

İki gün öncə axşam saatlarında baş verən hadisə zamanı Əli Həşimov adlı şəxs Kənan İ. adlı şəxslə "Lotu Quli"nin məzarı başında qarşılaşıb. Nəticədə tərəflər arasında mübahisə yaşanıb. Mübahisənin davamı isə qanla bitib. Belə ki, Ə.Həşimov yanında gəzdirdiyi odlu silahla Kənana atəş açıb. Bu zaman əlindən yaralanan Kənan silahı alaraq Əlinin başından vurub. Nəticədə Ə.Həşimov hadisə yerində keçinib.

Kənan isə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə borc üstündə baş verib.

image description