Ekstradisiya olunan iranlı məhbusların 9-u qadındır Ekstradisiya olunan iranlı məhbusların 9-u qadındır

Azərbaycan 20 iranlı məhbusu qarşı tərəfə təhvil verdi

Ekstradisiya olunan iranlı məhbusların 9-u qadındır

Bu gün Azərbaycanda həbsdə olan 20 iranlı məhbus Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub.

İranın Azərbaycandakı səfirliyindən AzNews.az-a verilən məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, ekstradisiya olunan iranlı məhbusların 9-u qadındır.

S.A.Musəvi əlavə edib ki, ekstradisiya Azərbaycan və İran arasında məhbusların mübadiləsi üzrə dövlətlərarası razılaşma çərçivəsində həyata keçirilib. Ekstradisiya olunan şəxslər məhbusluq həyatının qalan hissəsini İran həbsxanalarında keçirəcəklər: “Azərbaycanda təxminən daha 200 iranlı məhbus var ki, əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.