Hər iki valideyn 13 və 14 yaşlı iki oğul övladının gözü qarşısında ölüb Hər iki valideyn 13 və 14 yaşlı iki oğul övladının gözü qarşısında ölüb

Azərbaycanda dəhşətli qətl hadisəsinin təfərrüatı

Hər iki valideyn 13 və 14 yaşlı iki oğul övladının gözü qarşısında ölüb

Göyçay rayonunda dəhşətli qətl və intihar hadisəsi baş verib.

Oxu24.com -un xəbərinə görə, hadisə rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib. Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov sonra həmin silahla özünün çənəsinin altından bir dəfə atəş açaraq intihar edib. Hər iki valideyn 13 və 14 yaşlı iki oğul övladının gözü qarşısında ölüb.

Ülviyyə Cavadovanın anası Zivər İsrafilova bildirib ki, qızı ilə qonşu olan Elnur 15 il əvvəl ailə qurub, qızının tibb bacısı diplomu olsa da, həyat yoldaşı heç vaxt onun işləməsinə icazə verməyib.

Ülviyyənin qardaşı Rəşad İsrafilov bildirib ki, bacısının ailəsi çox kasıb olub. Elnur narkotik aludəçisi olduğu heç yerdə işləməyib. Bu səbəbdən psixoloji problemləri olub.