Elektron sistem bunların qarşısını almağa kömək edir Elektron sistem bunların qarşısını almağa kömək edir

Saxta əlilliklə bağlı 266 nəfər barəsində Baş Prokurorluğa müraciət olunub

Elektron sistem bunların qarşısını almağa kömək edir

"Son 8 ayda saxta əlillik və əsassız əlilliklə mübarizə çərçivəsində 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət olunub".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

"Elektron sistem bunların qarşısını almağa kömək edir. Bu sistem vasitəsi ilə data bazalardakı məlumatlar dəqiqləşdirilir"- o bildirib.