Faktla bağlı polis şöbəsində cinayət işi başlanıb Faktla bağlı polis şöbəsində cinayət işi başlanıb

1 kiloqram heroin və “patı” ilə Şamaxıya istirahətə gedən şəxs tutulub

Faktla bağlı polis şöbəsində cinayət işi başlanıb

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağdam rayonunda qeydiyyatda olan, lakin Bakıda yaşayan, əvvəllər də məhkum olunmuş Sərdar Əsgərov saxlanılıb. Axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 700 qrama yaxın heroin və külli miqdarda psixotrop maddə – metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla aldığını, Şamaxıya isə gəzmək məqsədilə gəldiyini bildirib.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.