"Arkoz İnşaat Şirkəti" MMC cərimələnə bilər

"Arkoz İnşaat Şirkəti" MMC cərimələnə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib edilib.

İşə Naxçıvan şəhər məhkəməsində hakim Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Gəmiqaya Holdinq” MMC-nin adı dəyişdirilərək “Arkoz Holdinq” MMC olub. “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.

Rəşid