- Qanundan kənarda
- 24 Mart 10:55
- 4 236
Yeni Günəşlidə evdən 2 min dollar oğurlanıb
Martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2 000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Hüseyn Sultanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.