Prokuror külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinə 7 il həbs cəzası istəyib

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İttiham nitqi ilə çıxış edərək, prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs edilməsini istəyib.