- Qanundan kənarda
- 23 İyul 2024 11:08
- 6 867
Xalq artisti tanışı ilə əlbəyaxa dava edib
Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.
Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır. (report)