- Qanundan kənarda
- 28 Noyabr 16:12
- 3 562
Ordubadda hərbi sursat aşkar edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ordubad rayon Polis Şöbəsinin Biləv polis bölməsinin əməkdaşları tərəfindən rayonun Kotam kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 76 mm-lik qəlpəli fuqaslı top mərmisi olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.