- Pullu iş
- 26 Noyabr 2018 16:34
- 1 704
Azərbaycan bal satışını artırdı

"Ötən il bu rəqəm 6 ton təşkil etmişdi"
“Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə, daha dəqiq desək Yaponiyaya 8 ton bal ixrac edib”.
Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
"Ötən il bu rəqəm 6 ton təşkil etmişdi. Yaponlar ixrac göstəricisinin 100 tona çatmasını arzu edirlər”, - deyə o, qeyd edib.
Bundan başqa, Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan ərəb ölkələrinə də bal ixrac etməyə hazırlaşır: "Ərəblər üçün 5,5 ton bal tədarük edilib. İxrac üçün ilkin olaraq Qətərə, eləcə də İngiltərəyə nümunələr göndərmişik".(report.az)
© AzNews.az