Ötən il Azərbaycanın qiymətli kağızlar bazarı 56% artıb. Ötən il Azərbaycanın qiymətli kağızlar bazarı 56% artıb.

Ötən il qiymətli kağızlar bazarı 56% artıb

Ötən il Azərbaycanın qiymətli kağızlar bazarı 56% artıb.

2018-ci il ərzində qiymətli kağızlar bazarında ümumilikdə 24 554,8 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da 2017-ci il ilə müqayisədə 56,2% daha çoxdur.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, əməliyyatların 58,7%-i (14 407,9 mln. manat) ilkin bazarda, 41,3%-i (10 146,9 mln. manat) isə təkrar bazarda aparılıb.

2017-ci illə müqayisədə qiymətli kağızlarla 11,9 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 611,8 mln. manat (bunun da 95,5%-i və ya 584,2 mln. manatı dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 16 599,1 mln. manat həcmində (205 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

© AzNews.az