Bu il Azərbaycan iqtisadiyyatı 3,5% böyüyəcək. Bu il Azərbaycan iqtisadiyyatı 3,5% böyüyəcək.

Bu il Azərbaycan iqtisadiyyatı artacaq - Fitch

Bu il Azərbaycan iqtisadiyyatı 3,5% böyüyəcək.

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating – IDR) “BB+” səviyyəsində təsdiqləyib. “Report”un agentliyin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, reytinq üzrə proqnoz isə sabit qiymətləndirilib.

Bu il Azərbaycan iqtisadiyyatı 3,5% böyüyəcək, ötən il isə bu rəqəm 1,3% olub:

“Şah Dəniz 2” qaz yatağının işə düşməsi və ölkənin ən böyük neft yatağı üzrə hasilat müqaviləsinin uzaldılması ilə yanaşı, turizm və kənd təsərrüfatı sahəsi də Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək. 2018-ci ilin oktyabrına olan məlumata görə, ARDNF aktivlərini 3,2 mlrd. dollar yaxud 9% artaraq 39 mlrd. dollara çatdırıb. Bu isə ÜDM-in 81,2%-i deməkdir. Biz proqnozlaşdırırıq ki, suverenin xarici xalis aktivləri ÜDM-in 75,4%-nə bərabər olacaq".(report.az)

© AzNews.az