- Pullu iş
- 14 Mart 2019 16:19
- 1 771
Azərbaycanın xarici dövlət borcu azalıb
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.
Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 927,1 milyon ABŞ dolları təşkil edib.
Maliyyə Nazirliyi xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.
2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
AzNews.az