- Pullu iş
- 18 Mart 2019 15:45
- 1 278
Azərbaycan meyvə-tərəvəz ixracını 38% artırıb

Bu il 79,115 min ton meyvə-tərəvəz ixrac edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 75,972 mln. ABŞ dolları dəyərində 79,115 min ton meyvə-tərəvəz ixrac edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 17,554 mln. dollar (30,05%) və 21,842 min ton (38,1%) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,4%-ni təşkil edib.(report.az)
AzNews.az