"Gələcəkdə Azərbaycanın payına düşən mənfəət neftinin payı daha da artacaq" "Gələcəkdə Azərbaycanın payına düşən mənfəət neftinin payı daha da artacaq"

Azərbaycan indiyədək dünya bazarına 506 milyon ton neft çıxarıb

"Gələcəkdə Azərbaycanın payına düşən mənfəət neftinin payı daha da artacaq"

İşlənmənin əvvəlindən (1997-ci il) bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 481 mln.ton neft hasil edilib ki, onun da 279 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib: "Gələcəkdə Azərbaycanın payına düşən mənfəət neftinin payı daha da artacaq".

O, həmçinin qeyd edib ki, bu il aprelin 1-dək dünya bazarlarına 506 mln.ton neft çıxarılıb ki,onun da 383 mln.tonu Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixrac edilib.(report.az)

AzNews.az