- Pullu iş
- 25 Aprel 2019 23:57
- 2 107
Azərbaycan nefti ucuzlaşdı
URALS neftinin qiyməti isə 73,33 dollar/barel təşkil edib.
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,23 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,33 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,7 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,74 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur.
AzNews.az