21 milyard sərmayə qoydu, 23 ölkədə lider oldu

Son bir il ərzində sərmayə yatırdığımız investisiyaların həcmi 1,5 milyarddır

“Vodafone Türkiyə”nin vitse-prezidenti Engin Aksoy texnologiyaya qoyulan investisiyaların telekommunikasiya sektorunda səmərəlilik və çıxış imkanlarını artırdığını söyləyib.

AzNews.az xəbər verir ki, o, həyata keçirilən investisiyaların, istehsal edilən məhsulların köməyi ilə fərdlərin və təşkilatların effektivliyini və əhatə dairəsini artırmağa çalışdıqlarını bildirib:

“Bu gün biz Türkiyəyə 21 milyard TL sərmayə qoymuşuq. Son bir il ərzində sərmayə yatırdığımız investisiyaların həcmi 1,5 milyard TL təşkil edir”.

Engin Aksoy Türkiyənin 23 ölkədə lider olduğunu vurğulayıb:

“Bu ölkələrdə Vodafone internetdən istifadə edən abonentlərin əksəriyyəti ilə işləyir, digər ölkələrə isə Vodafone hazırladıqları bir çox məhsul və xidmətləri ixrac edir”.

Mehri QURBANOVA

AzNews.az