Pensiya almaq üçün qanunla müəyyənləşmiş yaşda pensiyaya çıxmaq olar Pensiya almaq üçün qanunla müəyyənləşmiş yaşda pensiyaya çıxmaq olar

Pensiyalar illik inflyasiya səviyyəsinə uyğunlaşdırılacaq - Vüqar Bayramov

Pensiya almaq üçün qanunla müəyyənləşmiş yaşda pensiyaya çıxmaq olar

Azərbaycanda yaşa görə əmək pensiyalarının hesablanması proseduru hələ də əhalidə suallar doğurur.

AzNews.az bəzi suallara aydınlıq gətirmək üçün ekspert Vüqar Bayramov ilə əlaqə saxlayıb.

- Azərbaycanda əmək pensiyası necə hesablanır?

- Əmək pensiyasının yaş həddinin 65-ə qədər çatdırılması ilə bağlı qərar qəbul olunub. Əmək pensiyası hesablanan zaman əsas mexanizlər ondan ibarətdir ki, pensiya kapitalının məbləği 144-ə bölünür. 144 12 il 12 ay anlamına gəlir. Belə ki, hər bir pensiyaçı 12 il pensiya almaq hüququna malik olacaq. Hər ildə də 12 ay olduğunu nəzərə alsaq, pensiya məbləği 144-ə bölünməlidir. Məsələn, əgər vətəndaşın işlədiyi müddətdə 22 min manat vəsait yığılıbsa, onun pensiya yaşı tamam olan zaman bu rəqəm 144-ə bölünür və onun alacağı pensiya məbləği müəyyənləşdirilir.

Praktik olaraq pensiya kapitalını 144-ə bölməklə aylıq pensiya məbləğini müəyyənləşdirmək mümkündür.

Azərbaycan Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” avqustun 14-də imzaladığı fərmana əsasən qanunun “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib. Belə ki, yeni dəyişiklilərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli əvvəlki ilin infilyasiya səviyyəsində indeksasiya olunacaq. Məsələn, yanvar ayında vətəndaşın pensiya kapitalı 22 min manat olubsa və illik infilyasiya 6 faizdirsə, növbəti ilin əvvəli həmin vətəndaşın pensiyasının üzərinə 1320 manat əlavə olunacaq.

Ötən il edilən dəyişikliklərə əsasən, indiyədək işləyən - hesabında hətta 1 manat ödənişi olsa belə - avtomatik olaraq 25 il işləmiş sayılır və o, mimimum pensiyanı almaq hüququ qazanır ki, bu da sosial sığorta ambisiyası adlanır.

- Sosial ödəmələr nəticəsində lazımi məbləğ toplandıqdan sonra istənilən yaşda pensiyaya çıxmaq olar?

- Xeyr, olmaz. Pensiya almaq üçün qanunla müəyyənləşmiş yaşda pensiyaya çıxmaq olar. Bu zaman pensiya kapitalı qeyd etdiyimiz kimi 144-ə bölünür və vətəndaşın alacağı aylıq pensiya müəyyənləşir.

- Pensiya almaq üçün tələb olunan sənədlərdən biri də sosial kartlardır. Demək olar ki, əmək kitabçasının adı çəkilmir. Lakin bəzi işəgötürənlər əmək kitabçası tələb edirlər. Bu nə üçün lazımdır?

-Əmək kitabçası anlayışı artıq yoxdur. Çünki əmək müqaviləsi elektronlaşıb. Bu olduğuna görə artıq əmək kitabçasına ehtiyac qalmır. Bu müqaviləyə görə, məlumatlar elektron olaraq bölüşdürülür.

- Sosial kitabçasını itirən şəxslər onu bərpa edə bilərmi?

-Bütün məlumatlar elektronlaşdırılaraq vətəndaşın elektron hesabına daxil edilir. Hazırda kurativ pensiyaya çıxma mexanizmi tərtib olunub. Onun mahiyyəti ondan ibarətdir ki, vətəndaşın pensiya yaşı tamam olanda ona avtomatik pensiya kəsilir və onun hər hansı bir quruma getməyə, müraciət etməyə ehtiyacı olmur. Yəni, şəxsin sosial kitabçasını itirməsi, onun pensiya hüququndan məhrum edilməsinə təsir göstərmir.

- Uzun müddət işləyib, lakin bir müddət işdən uzaqlaşanların pensiyası necə hesablanır?

- Fərqi yoxdur, həmin şəxslər haqqında elektron məlumatlar var. Əgər hesabında minimum kapitaldan çox vəsait varsa, o, avtomatik olaraq əmək pensiyası almaq hüququ qazanır.

Səidə Vahid

AzNews.az