Çində Azərbaycanın məhsullarının tanıdılması davam edəcək Çində Azərbaycanın məhsullarının tanıdılması davam edəcək

Çində Azərbaycanın 3 ticarət və 1 şərab evi açılacaq - İlin sonunadək

Çində Azərbaycanın məhsullarının tanıdılması davam edəcək

İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılması nəzərdə tutulur.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Çində Azərbaycanın məhsullarının tanıdılması davam edəcək: “Bu gün Çinin CAMCE şirkəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında imzalanan anlaşma memorandumu işlərin daha da sürətlənməsinə imkan verəcək”. (Trend)