"Yumurtanın qiyməti 15 günə yaxındır qalxıb" "Yumurtanın qiyməti 15 günə yaxındır qalxıb"

Yumurta bahalaşıb?

"Yumurtanın qiyməti 15 günə yaxındır qalxıb"

Sosial şəbəkələrdə yumurtanın qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb.

Marketlərdə əvvəl 9-10 qəpiyə satılan yumurta indi isə 14 qəpiyədir.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev qiymətlərin qalxmasını təsdiqləyib: “Doğrudur, yumurtanın qiyməti 15 günə yaxındır qalxıb. Cəmi 1 və ya 2 qəpik artım olub. Bu da mövsümi xarakter daşıyır. Çünki tələbatı ödəyən yem və digər lazım olan məhsullar xaricdən idxal olunur. Onların da qiymətləri bahalaşıb”.(oxu.az)

AzNews.az