“Mən çox şadam ki, “Bakcell” bu təşəbbüsü dəstəkləyir və 6 ildir ki, hərəkata qoşulur" “Mən çox şadam ki, “Bakcell” bu təşəbbüsü dəstəkləyir və 6 ildir ki, hərəkata qoşulur"

"Bakcell" Xəzəri qorumağa çağırır - Aksiya

“Mən çox şadam ki, “Bakcell” bu təşəbbüsü dəstəkləyir və 6 ildir ki, hərəkata qoşulur"

20 ildən çoxdur ki, dünyanın bir neçə ölkəsində keçirilən “Sahilyanı Təmizlik Günü” artıq ölkəmizdə də ənənə halını almağa başlayıb. İldən ilə miqyası genişlənən bu hərəkatın keçirilməsində əsas məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Bu il Buzovna çimərliyi ərazisində, “Xəzəri qoruyaq” şüarı altında keçirilən könüllü hərəkatının təşkilatçıları “Bakcell”, “Coca-Cola”, “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”dir. Aksiyanın partnyorları sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, “AzEkol”, “Carlsberg Azerbaijan”, “Nargis” jurnalı, “ASAN Radio”, “Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.

“Bakcell” şirkətinin nümayəndəsi Torsten Albers bu aksiyanın ətraf mühitin təmizliyi üçün böyük və lazımi təşəbbüs olduğunu bildirib:

“Mən çox şadam ki, “Bakcell” bu təşəbbüsü dəstəkləyir və 6 ildir ki, hərəkata qoşulur. Xəzərin sahillin təmizlənməsi üçün nəzərdə tutulan bu aksiyada mən özüm də ailəmlə birlikdə iştirak edirəm. Ümid edirəm ki, sahillərin təmizlik problemi Azərbaycanda da, Almaniyada da tezliklə həll olunacaq”.

“Bakcell”in PR və korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova isə bildirib ki, bu gün sahilyanı ərazilərin təmizlənməsində şirkət əməkdaşları ilə yanaşı ailələri də yaxından iştirak edir:

“Bakcell” şirkəti Azərbaycanda beynəlxalq sahilyanı təmizlik gününə qoşulan ilk iki böyük şirkətdən biridir. Artıq bir neçə ildir ki, bu aksiyanı təşkil edirik. Bu gün həm əməkdaşlarımız, həm onların ailələri, həm də tərəfdaşlığımız etdiyimiz şirkətlərin könüllüləri burada iştirak edir. Əvvəllər bu təşəbbüsə könüllüləri və şirkətləri cəlb etmək çətin idisə, artıq 2-3 ildir ki, müxtəlif şirkətlər, təşkilat və dövlət qurumları aksiyada bizimlə birlikdə iştirak etmək üçün müraciət edirlər. Bu bizim üçün də çox sevindirici haldır. Bildiyiniz kimi, il ərzində müxtəlif fəsillərdə Bakıda sahilyanı ərazilərin təmizlənməsi üçün aksiya keçirilir. Bu ənənənin əsasını qoyan şirkətlərdən biri olaraq düşünürəm ki, ətraf ailəmi qorumaq bizim üçün çox vacibdir. Bu aksiya hər birimizin gələcəyi və sağlamlığı deməkdir”.

"Coca-Cola" şirkətinin Qafqaz Regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev isə artıq Azərbaycanda 9 ildir ki, bu aksiya keçirilir:

“Bu gün burada dövlət qurumları, təşkilatlar və könüllülər aktiv iştirak edir. İlk illərdə 20 -30 nəfərlə başladığımız bu aksiyada artıq 600-ə yaxın insan iştirak edir. Ümid edirəm, bu hərəkat insanlara ətraf mühitə daha məsuliyyətli yanaşması üçün gözəl mesaj olacaq”.

Aksiyada iştirak edən könüllü Veysəlov Ürfan isə sahilyanı ərazilərin təmizlənməsi prosesinə ilk dəfə qoşulduğunu bildirərək, bu cür hərəkatın təbiətin qorunması üçün olduqca vacib olduğunu qeyd edib:

“İlk dəfədir ki, dostlarımla belə gözəl təşəbbüsdə iştirak edirəm. Düzdür, sahildə gördüyüm mənzərə o qədər də ürəkaçan deyil. Bu bizim sağlamlığımız üçün çox təhlükəli haldır. Hesab edirəm ki, ətrafı qorumaq hər birimizin borcudur. Bundan sonra bu cür aksiyalara hər zaman qoşulacağam. Belə gözəl təşəbbüs üçün isə “Bakcell”ə və onun tərəfdaşlarına təşəkkür edirəm”.