- Pullu iş
- 3 Dekabr 2019 16:24
- 2 219
Prezidentdən yeni təyinat - SƏRƏNCAM
Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.
Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb və İdarə Heyətinin sədri millət vəkili Zahid Orucdur.
AzNews.az