- Pullu iş
- 24 Mart 2020 22:57
- 3 499
İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək
Bu, Baş Kollektiv Sazişində əksini tapıb
İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək.
AzNews.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı müvafiq tədbirlər görmək öhdəliyi götürüblər.