Neft 36 dollardan satılır

“Brent” markalı neftin bir barrelinin qiyməti 1,97 faiz (0,7 dollar) artaraq 36,23 dollar təşkil edib

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

AzNews.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,97 faiz (0,7 dollar) artaraq 36,23 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 3,43 faiz (1,14 dollar) bahalaşaraq 34,39 dollardan satılır.