Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

Qeyd olunan reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir

Dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

AZAL-dan AzNews.az-a verilən məlumata görə, 4 dekabr 2020-ci il tarixdən etibarən "Belavia" aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Qeyd olunan reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaqdır.