DSK məlumat yayıb DSK məlumat yayıb

Azərbaycan ötən il 7,7 mlrd. dollarlıq neft ixrac edib

DSK məlumat yayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 26 043,5 min ton neft ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7% azdır.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 7,7 mlrd. ABŞ dollarından çox təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 41,3% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.