- İntellektual baxış
- 20 May 2021 19:33
- 9 408
Azərbaycanda bu sahədə 3 min manatdan çox maaş verilir
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 634,6 manat, özəl müəssisələrdə isə 810,0 manat olub
Azərbaycanda ən çox əmək haqqı verilən sahə məlum olub.
Aznews.az xəbər verir ki, 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 4,2 faiz azalaraq 713,2 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3237,8 manat, qeyri neft-qaz sektorunda 660,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 634,6 manat, özəl müəssisələrdə isə 810,0 manat olub./Trend