- İntellektual baxış
- 23 May 2021 22:07
- 8 447
“Bitcoin”in qiyməti ucuzlaşdı
Dünyanın ən populyar kriptovalyutası olan “Bitcoin”in qiyməti 18 faizdən çox düşüb
AzNews.az "TASS"a istinadən xəbər verir ki, saat 20:45 (GMT+4) üçün “Bitcoin”in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib.
Qeyd edək ki, saat 16:55-də “Bitcoin”in qiyməti 33,348 (-11,02 faiz) min dollar səviyyəsində alınıb-satılıb.