- İntellektual baxış
- 24 May 2021 09:23
- 8 408
Dövlət Miqrasiya Xidməti 5,5 milyon manatlıq 2 tenderə yekun vurub
Tenderlərin qalibi “AS Service” və “Tufan” MMC-lərdir
Dövlət Miqrasiya Xidməti dövlət atributlarının satın alınması, soyutma və istilik sistemlərinə xidmət göstərilməsi (1), eləcə də abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
AzNews.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “AS Service” və “Tufan” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1,2 milyon manat və 4,23 milyon manat, ümumilikdə 5,43 milyon manat ödəniləcək.