- İntellektual baxış
- 29 May 2021 09:13
- 8 414
Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşır
"Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dollar, yaxud 0,65 % artıb.
AzNews.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,67 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.