Hər iki avtomobil sınaqdan keçirilib Hər iki avtomobil sınaqdan keçirilib

Azərbaycanda ilk dəfə olaraq iki növ zibilyığan avtomobil istehsalına başlandı

Hər iki avtomobil sınaqdan keçirilib

Azərbaycanda ilk dəfə olaraq iki növ zibilyığan avtomobil istehsalına başlanıb.

AzNews.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında istehsalçı şirkətin servis üzrə baş meneceri Kənan Məmmədov deyib.

O bildirib ki, artıq hər iki avtomobilin istehsalı tam başa çatıb və istifadəyə hazırdır: "Hər iki avtomobil sınaqdan keçirilib. Zibil avtomobillərindən biri JAC markalı Çin istehsalı olan avtomobildə quraşdırılaraq 4 ton, MAN markalı avtomobil isə 12,7 ton yük götürə bilir. 12.7 ton yükgötürmə qabiliyyəti olan avtomobil yalnız bir növ zibil üçün, digəri isə qarışıq tullantılar üçün nəzərdə tutulub. Avtomobil tam olaraq keyfiyyətli ehtiyat hissələri ilə təchiz edilib. Hər iki avtomobildə alman texnologiyası tətbiq edilib".

K.Məmmədov bildirib ki, avtomobillər istismara hazır olsa da, hələlik kütləvi satışa çıxarılmayıb: "Hər iki avtomobil üçün sifarişlər qəbul edirik. Əgər sifarişlər olarsa, avtomobillərin kütləvi istehsalına başlanılacaq".