16,5 faiz digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub 16,5 faiz digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub

Əhali pulu daha çox nəyə xərcləyir?

16,5 faiz digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub

Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-may ayları üzrə pərakəndə ticarət dövriyyəsinin mal qrupları üzrə strukturunu açıqlayıb.

AzNews.az xəbər verir ki, müvafiq dövrdə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 55,0 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.