Maşınlar "Azərmaş" zavodunda yığılacaq Maşınlar "Azərmaş" zavodunda yığılacaq

Azərbaycanda kombayn istehsal ediləcək

Maşınlar "Azərmaş" zavodunda yığılacaq

Bu ilin sonunda Rusiyanın "Rostselmaş" müəssisəsi Azərbaycanda taxılyığan kombaynların istehsalını işə salmağı planlaşdırır.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat verir.

Qeyd olunur ki, maşınlar "Azərmaş" zavodunda yığılacaq.

"Rostselmaş"ın satış departamentinin direktoru Andrey Kolesnikovun sözlərinə görə, Azərbaycanda NOVA 340 taxılyığma kombaynlarının istehsalı planlaşdırılır: "Bu kombayn ölkə fermerləri arasında çox populyardır və dəfələrlə öz etibarlılığını və məhsuldarlığını təsdiq edib. Azərbaycanda bu taxılyığma kombaynına tələbat artır".