Prezident sərəncam imzalayıb Prezident sərəncam imzalayıb

Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrıldı

Prezident sərəncam imzalayıb

Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılsın.