- Pullu iş
- 3 Avqust 2021 13:07
- 7 645
Azərbaycanda benzin BAHALAŞDI
"Aİ-98" benzininin qiyməti bir litr üçün 1,55 manatdan...
Azərbaycanda "Aİ-98" (“Super”) markalı avtomobil benzini bahalaşıb.
Aznews.az bildirir ki, “SOCAR Petroleum”dan verilən məlumata görə, ölkə ərazisində "Aİ-98" benzininin qiyməti bir litr üçün 1,55 manatdan 1,6 manatadək yüksəlib.
Bildirilib ki, bahalaşma yanacağın alış qiymətinin artması ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan "Aİ-98" benzinini istehsal eləmir, bu markalı yanacaq ölkəyə idxal edilir.