Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Avropaya ixrac edilən qazın ... Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Avropaya ixrac edilən qazın ...

Azərbaycanın Avropaya ixrac etdiyi qazın dəyəri 1 mlrd. dollara yaxınlaşır

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Avropaya ixrac edilən qazın ...

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 986 278,16 min ABŞ dolları dəyərində 3 621 896,03 kubmetr həcmində qaz ixrac edib.

Aznews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Avropaya ixrac edilən qazın 3 046 941,26 kubmetri (836 241,79 min dollar dəyərində) İtaliyanın, 424 205,61 kubmetri (127 571,4 min dollar) Yunanıstanın, 150 749,16 kubmetri isə (22 464,97 min dollar) Bolqarıstanın payına düşüb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 1 089 818,18 min dollarlıq 7 309 619,31 kubmetr qaz ixrac edib. Yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 268 509,14 min dollar dəyərində 2 157 801,61 kubmetr qaz nəql edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycan İrana 5 786,28 min dollar dəyərində 152 446,53 kubmetr qaz ixrac edib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.